RU

35 yaşlı kişi diri cücəni uddu və öldü: Ata olmaq istəyirdi ...

Hindistanda 35 yaşlı kişi ata olmasına kömək edəcəyinə inandığı ritual çərçivəsində diri cücə udduqdan sonra ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Need To Know yazıbş Ailəsinin dediyinə görə, Anand Kumar Yadav dekabrın 14-də hamamdan çıxdıqdan dərhal sonra başı gicəllənib və huşunu itirib. O, xəstəxanaya aparılıb və orada öldüyü bildirilib. Ölüm səbəbini müəyyən etmək üçün yarılma aparılıb.

Patoloq Yadavın boğazını kəsib bala quşun cəsədini aşkar edəndə məəttəl qalıb.
"Mən karyeramda 15.000-dən çox postmortem etdim. Və bu, ilk dəfə rastlaşdığım hadisədir. Boğazı açanda bütöv bir cücə gördük. Cücənin bir hissəsi mərhumun nəfəs borusunda, digəri isə yemək borusunda ilişib qalıb” – həkim deyib.

Yerli sakinlər onun sonsuzluqla mübarizə apardığı üçün tantrik guru ilə əlaqə saxladığını deyirlər. Onun ata olmasına kömək edəcəyinə inanaraq cücəni udduğunu deyirlər. Öz növbəsində Yadavın qohumları ayindən xəbərsiz olduqlarını iddia edirlər.
Polisin faktla bağlı araşdırmalara başladığı bildirilir.

Избранный
39
ucnoqta.az

1Источники