RU

Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - Politoloq

Bu fikirlər Ermənistan cəmiyyətində ajiotaj yaratmaq üçün məqsədli olaraq ortaya atılır və bu iddianın müəllifləri də çox yaxşı anlayırlar ki, söylədikləri hazırkı reallığı əks etdirmir.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Ermənistan siyasətçiləri və politoloqlarının davamlı şəkildə “Azərbaycan və Türkiyənin Zəngəzura hücum planı” haqqında şərhlər verməsinə münasibət bildirərkən deyib.

“Zəngəzur kimi ərazilərin Azərbaycan tərəfindən tutulacağına dair iddialar, açıqlamalar daxili siyasi mübarizəyə təsir etməyə, Paşinyan hökumətinə zərbə vurmağa xidmət edir. Əsl məqsəd isə hökumətin yarıtmazlığını göstərmək və siyasi mübarizəni gücləndirməkdir”, - o bildirib.

Polotoloq qeyd edib ki, Zəngəzur kimi strateji məsələlər bu cür ehtimallar və şərhlərə bağlı deyil:

“Hər şeydən öncə bunun üçün tarixi şərait yetişməlidir. Bu məsələyə ən yaxşı misal Suriyada baş verənlərdir. Suriya məsələsi 14 il əvvəl başlamış və ilk dövrlərdə uğursuz olmuşdu. Əsəd rejimi üsyanı basdırmış, müxalifətin böyük hissəsi məhv edilmişdi. Lakin həmin müxaliflər 12 gün ərzində Dəməşqi ələ keçirib, Əsəd rejimini devirdi”.

Избранный
34
2
axar.az

10Источники