RU

Məhkəmə idmançı xalası oğlunu öldürən şəxslə bağlı qərarı açıqladı

Bakı Apellyasiya Məhkəməsində idmançı qohumunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.  

 

Qərara əsasən, şikayət təmin edilməyib. 
 

Xatırlatma: Bakı Ağır Cinaətlər Məhkəməsinin hökmü ilə Y.İsmayılov 17 il azadlıqdan məhrum edilib.

 
İttihama görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğa məlumat daxil olub.
 

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü Y.İsmayılovun Səbail rayonu, Salyan şosesi 15 ünvanında xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Toplanmış sübutlar əsasında Y.İsmayılova Cinayət Məcəlləsinin 120.2.2-ci ( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

Qeyd edək ki, qətlə yetirilən E.Fətəliyev fitnes üzrə peşəkar idmançı olub. Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Y.İsmayılov isə Etibarın xalası oğludur.

 

Kamal Məmmədov

 

Tarix: 19 Dekabr 2024, 08:52   
Избранный
32
pravda.az

1Источники