“Azərbaycan təhsili azsaylı təhsil sistemlərindən biridir ki, dəfələrlə radikal dəyişikliklərə məruz qalıb.”Emin Əmrullayev“Azərbaycan təhsil sistemində milli xüsusiyyətləri, mədəni dəyərləri və fərdi inkişaf faktorlarını nəzərə alaraq tədqiqatların aparılmasına və sistematik yanaşmalara böyük ehtiyac var. Azərbaycan cəmiyyətinin sosial-mədəni xüsusiyyətlərini nəzərə alan, yerli şəraitə uyğunlaşdırılmış və yaşa bağlı inkişaf faktorlarını öyrənən tədqiqatların aparılması, həm təhsil siyasətini, həm də metodologiyanı daha effektiv hala gətirə bilər.” Razılaşaq ki, Nazirin dediklərində böyük bir həqiqət var, ancaq gəlin görək, uzun illərdən bəri təhsil sistemində milli xüsusiyyətlər, mədəni dəyərlər və fərdi inkişaf faktorları nəzərə alındımı, metodologiya daha effektiv hala gətirildimi, sadalanan istiqamətlər üzrə tədqiqatlar aparıldımı...? Alınmadı və aparılmadı... Heç bu günün özündə də alınmır və aparılmır, sadəcə olaraq hamıya məlum olan problemlər sadalanır və gələcək perspektivlər üçün ümidverici vədlər verilir. Başqa söslə bugünki təhsilimiz, reallıqlar yox, əsasən proqnozlar üzərində qurulub.Bu gün milli xüsusiyyətləri, mədəni dəyərləri nəzərə almaqla tədqiqatların aparılması zərurətindən danışırıq. Halbuki, bir vaxtlar da danışırdıq, gəl ki, mənşəyi ölü latın dilinə gedib çıxan, lüğəti mənası təxminən "yol", "istiqamət", “plan”,“proqram” anlamına gələn, bir termin olaraq nə rus, nə də azərbaycan dilində ekvivalenti olmayan, tətbiqindən artıq kifayət qədər müddət keçməsinə baxmayaraq mənimsənilməsi bu günə qədər də istər şagirdlər, istərsə də müəllimlər üçün hələ də ciddi problemlər yaratmaqda davam edən, kurrikulumları konseptual və çərçivə sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin milli konsepsiyası kimi təsdiq edəndə, nəzərə aldıq ki, təlim-tərbiyənin məzmunu təhsil alanların və təhsi verənlərin imkanlarına uyğun, dövlətin, iictimaiyyətin və şəxsin tələbatı əsasında qurulmalıdır? Bu ki, “İslahat Proqramı”nın əsas tələblərindən biri idi...Həmin çərçivə sənədinə müvafiq olaraq,“Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nı qüvvəyə mindirəndə də düşünmədik ki, bu “diaqnostiklər”, “formativlər”, böyüklü, kiçikli “summativlər” kimi qiymətləndirmələr və formal hesabatlar müəllimlərin vaxtını alıcaq, müəllimləri əsas işindən, gücündən ayıracaq, dərsliklər kurikulumun tələblərinə cavab verməsi üçün yenidən işlənməli olacaq, yeni dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanmasına ehtiyac yaranacaq və s. Halbuki, bu islahatların əsas məqsədi “cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməklə, təhsilin keyfiyyətini şərtləndirən amillərə, ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması” zərurətinin yaranması ilə əlaqədar idi.Ən başlıcası isə, hələ Azərbaycan Respublikası Prezidentinin 10 mart, 1998-ci il tarixli, Sərəncamı ilə yaradılmış, Dövlət Komissiyası tərəfindən hazırlanmış, ölkə başçısının 15 iyun, 1999-cu il tarixli, 168 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” nda gözlənilən nətıcə kimi birmənalı şəkildə qeyd edilirdi ki, təlim-tərbiyənin məzmunu təhsil alanların imkanlarına uyğun, dövlətin, iictimaiyyətin və şəxsin tələbatı əsasinda qurulacaq. ”Təhsilin dinamik inkişafını və yüksək keyfiyyətini, şəxsiyyətin və cəmiyyətin tələbatını təmin edən, dövlət və ictimaiyyətin birgə fəaliyyətininin səmərəli əlaqələndirilməsini tənzimləyən idarəetmə sistemi yaradılacaq. İndi ayılmışıq ki, “hər hansı beynəlxalq modelin olduğu kimi tətbiqi faydasız ola bilər, çünki Azərbaycan reallığı spesifikdir. Milli xüsusiyyətlər, o cümlədən dil, mədəniyyət, sosial-iqtisadi vəziyyət və regionlararası fərqliliklər nəzərə alınmalıdır.”"Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı”na təhsilin unifikasiya xarakterini aradan qaldırmaq, idarəetmənin dövlət-ictimai xarakteri ilə yanaşı, ictimai-dövlət idarətmə formasını da tətbiq etmək, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi maddələr salınmışdı. “Proqram”ın 6.3 maddəsinə əsasən "Təhsil sahəsində hazırlanan normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi”, 6.4 maddəsinə əsasən isə "Təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması” nəzərdə tutulurdu. Hansısa normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətdən kimlərsə cəlb olunubmu və həmin aktların icrasına hansısa ictimai nəzarət sistemi yaradılıbmı? Təhsilin unifikasiya xarakterini aradan qaldırmaq üçün hansısa əməli işlər görülübmü?Uşaq bağçaları və körpələr evlərini kütləvi surətdə özəlləşdirməyə çıxararaq, onların təyinatı üzrə profilinin dəyişməsinə göz yumub, erkən yaşlı uşaqların məktəbəqədər hazırlq imkanlarını məhdudlaşdıraraq, valideynləri yeni bağçaların nə vaxtsa tikiləcəyini gözləmək ümidinə qoyduq. “Məktəbəqədər tərbiyə müəssisələri”ni “məktəbəqədər təhsil müəssisələri”nə çevirməklə, I sinfin vəzifələrini uşaq bağçalarının üzərinə yüklədik. 12 illik təhsilə keçid görüntüsü yaradaraq, məktəbə hazırlıq qruplarını da ümumi təhsilin pilləsi kimi qələmə verdik, Ənənəvi tədris ilinin başlanmasını 15 gün geriyə çəkərək, buraxılış və qəbul imtahanlarının qrafikini dəyişdik, hələ attestat almadan məzunları ali məktəb tələbələri etdik, şagirdlərin məktəbə maraq və həvəsini azaldaraq, onların dərsə davamiyyətini zəiflətdik, repetitorluğa rəvac verərək, müəllimi, məktəbdən,şagirdi müəllimdən didərgin saldıq. Rüblük qiymətləndirmələri yarımilliklə, metodistləri mentorlarla, adi şagird dəftərlərini iş dəftərləri ilə əvəzlədik, Bütün institutlara ucdantutma universitet statusi verdik.Tələm-tələsik Boloniya prosesinə qoşularaq, onun tələb və şərtlərini “özümüzünkiləşdirdik”. Hansı birini deyim...? Bu və sadalamağa ehtiyac olmayan digər yerli-yersiz dəyişikliklərlə hansı irəliləyişə nail olduq, heç bu barədə düşünən oldumu, hər hansı bir tədqiqat aparıldımı...?Vəzifəmizi və vəziyyətdən çıxış yolunu olub-keçənləri ictimailəşdirməkdə və günahkar axtarışında görürük: ”Bu sahədəki boşluqlar bir çox səbəblərlə əlaqəli ola bilər, məsələn, elmi araşdırmaların yetərsizliyi, təhsil proqramlarında milli kontekstin az nəzərə alınması və ya mövcud metodikaların daha çox ümumi modellərə əsaslanmasıdır.” Bir yandan da beynəlxalq modellərin uğurlu tətbiqi üçün milli reallıqla müqayisə etmək, xüsusi komparativ metodologiya hazırlamaq üçün Hingis-Pierce modelinə keçmək fikrinə düşmüşük və təxmin edirik ki, “bu metodologiya həm nəzəri, həm də praktik fərqləri və uyğunluqları əhatə edəcək, bununla yanaşı, beynəlxalq tədqiqatlarda toplanan məlumatların milli kontekstə uyğun şəkildə interpretasiyası təmin edilməlidir”. Bir sözlə dəfələrlə radikal dəyişikliklərə məruz qalan təhsilimizi yeni dəyişikliklərə məruz qoyuruq. Ancaq, bir mühüm məqamı unuduruq ki, nə qədər ki, təhsil sistemi oturuşmayacaq, təhsilimizdə pərakəndəlik davam edəcək. Əsas işimiz yaranmış boşluqları doldurmaqdan ibarət olmalıdır, yeni boşluqlar yaratmaqdan yox...
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта