RU

Dilan Polat bacısı ilə həbs oluna bilər

Türkiyəli sosial şəbəkə fenomeni və iş qadını Dilan Polatla bacısı Sıla Doğu həbs oluna bilər.

OLAY yazır ki, buna səbəb onların iki ay əvvəl restoranların birində biri-birini dodağından öpməsidir.

Artıq İstanbul Respublika Prokurorluğunun Dilan və Sıla barəsində “qeyri-etik hərəkətlər” maddəsi ilə başlatdığı rəsmi istinaq sona çatıb.

Bir neçə gündən sonra hakim qarşısına çıxacaq bacıların 6 aydan 1 ilə qədər həbsi tələb olunacaq.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Məhkəmə Dilanın istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.

Избранный
45
1
olay.az

2Источники