RU

İran prezidenti göz yaşlarına hakim ola bilmədi

İran prezidenti Məsud Pezeşkian paytaxt Tehranda keçirilən “Ailə, gələcək və daimi əlaqələr” adlı konfransda çıxış edərkən kino ekranında mərhum həyat yoldaşının fotosunu görəndə göz yaşlarına hakim ola bilməyib.

Turkustan.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian paytaxt Tehranda keçirilən “Ailə, gələcək və qalıcı bağlar” adlı konfransda iştirak edib.
Pezeşkiyan konfransda çıxışı zamanı yol qəzasında dünyasını dəyişən həyat yoldaşının fotosunu televiziyada görəndə duyğulu anlar yaşayıb. Göz yaşlarına hakim ola bilməyən və çıxışına çətinliklə davam edən Pezeşkiyan, "Üzr istəyirəm, çox çətindir. İcazə versəniz, danışmayacağam" deyib.

Pezeşkian tribunadan endikdən sonra qızı Zehra Pezeşkiyanın yanında əyləşib. Göz yaşlarını saxlaya bilməyən prezident bir müddət daha emosional anlar yaşamağa davam edib.

Bildirək ki, o, 1993-cü ildə yol qəzasında həyat yoldaşı Fatimə Mecidi və bir oğlunu itirib. Pezeşkian həmin gündən sonra bir daha evlənməyib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
34
turkustan.az

1Источники