RU

"Sürünmək məcburiyyətində qalırdıq, başını qaldıran öləcəkdi" - Sednaya həbsxanasında yaşananlar

"Sürünmək məcburiyyətində qalırdıq, başını qaldıran öləcəkdi" - Sednaya həbsxanasında yaşananlar

Əsəd rejiminin işgəncə mərkəzi olan Sednaya həbsxanasında yaşanan hadisələr qan dondurmaqda davam edir.

Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, məhbuslardan biri olan Amar Musa adlı şəxs həbsxanada gördüyü işgəncələr barədə danışıb.

O, Sednayada məhbusların ayaq üstə gəzməsinin qadağan edildiyini bildirib: "Biz sürünmək məcburiyyətində qalırdıq, başını qaldıran öləcəkdi".

Sednayada qaldığı kamerada yaşadıqlarını izah edən Musa mühafizəçilərin onları kəndirlə bağladığını bildirib: "Bizi belimizdən kəndirlə bağlayırdılar. Mühafizəçilər deyirdilər ki, bu kəndirləri açsanız, öləcəksiniz".

Həbsxanada çox adamın qaldığını bildirən Musa kameralarda insanların üst-üstə yatmalı olduqlarını qeyd edib.

Musa qaldığı kameranın qapısında devrilmiş lider Bəşər Əsədə səslənərək "Əsəd, ölməmişəm və buradayam" deyib.

Избранный
15
qlobal.net

1Источники