RU

Fərid Qayıbov: Gənclərə peşə seçimində dəstək oluruq

Bakı, 19 dekabr, AZƏRTAC

Gənclər sahəsi çox genişdir və tək çalışa bilmərik. Demək olar ki, bu sahədə bütün dövlət qurumları ilə layihələrimiz var. Ölkənin müxtəlif ərazilərində gənclər evləri fəaliyyət göstərir. Həmin gənclər evlərində karyera kursları keçirir və gənclərə peşə seçimində dəstək oluruq. Bununla yanaşı, olimpiya komplekslərində düşərgələr keçiririk. Tədbirlərimizə beynəlxalq təşkilatlar da qoşulur. Belə ki, UNICEF və BMT-nin digər təşkilatları ilə tədbirlər təşkil etmişik.

AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Karyera İnkişaf Forumunun panel sessiyasında çıxışı zamanı deyib.

"Ən uğurlu layihələrimizdən biri "Yerli" layihəsidir. Layihə altı müxtəlif regionda 200-dən çox gənci əhatə etdi. Üç ay ərzində IT mütəxəssisləri tərəfindən kurslar keçirildi. Layihədən sonra bir neçə gənc dərhal özünə iş tapa bildi. Hətta regionlarda da iş tapa bilənlər oldu. Bu, həm məşğulluq problemini, həm də daxili miqrasiyanı həll edir. Test layihə idi. Hazırda layihənin bütün ölkə ərazisini əhatə etməsi üzərində çalışırıq", - deyə F.Qayıbov bildirib.

Избранный
28
azertag.az

1Источники