RU

Doğma yurdlarına qayıdan sakinlərdən 4 minədək şəxsin məşğulluğu təmin edilib

Bakı, 19 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəai Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin sakinlərdən artıq 4 minədək şəxsin məşğulluğu təmin edilib.

Sakinlər üçün peşə hazırlığı kursları da təşkil olunur. Artıq 125 sakin işəgötürənlərlə birgə peşə hazırlığı kurslarına cəlb edilib. Bundan əlavə, doğma yurdlarına qayıdan 145 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

İşğaldan azad olunmuş ərazilərdə əmək yarmarkalarının təşkili də davam etdirilir. Bu il həmin ərazilərdə 6 yarmarka keçirilib.

Избранный
13
8
azertag.az

10Источники