RU

Musa Quliyev: Həssas kateqoriyadan olan insanlar peşə hazırlığına cəlb edilməlidir

Bakı, 19 dekabr, AZƏRTAC

Hər bir cəmiyyətdə qayğıya ehtiyac olan həssas qruplar var. Ölkəmizdə Qarabağ müharibəsi şəhidlərinin ailələri, qazilər, ilk dəfə əmək bazarına atılan gənclər, ailə başçısını itirmiş ailələrin əmək qabiliyyətli üzvləri, valideyn himayəsindən məhrum olmuş uşaqlar, əlilliyi olan şəxslər, yaşlılar bu siyahıya daxildir. Həmin kateqoriyadan olanlara dəstək lazımdır. Ölkəmizdə həssas kateqoriyadan olanlara dəstək göstərilir və onun daha da artırılması üçün sinerjik fəaliyyətin böyük əhəmiyyəti var.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Azərbaycan Karyera İnkişaf Forumunun panel sessiyasında çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, həmin insanların yaşadıqları regionda məşğulluq imkanları araşdırılaraq onların peşə hazırlığına cəlb olunması lazımdır.

"Əlbəttə, biz artıq yeni çağırışlarla üz-üzəyik və qarşıya qoyulan böyük məqsədlər ondan ibarətdir ki, Azərbaycan gəncləri dünya əmək bazarında rəqabət qabiliyyətinə dözümlü peşələr, imkanlar əldə etsinlər. Dördüncü sənaye inqilabının tələblərinə cavab verən kadrlar yetişdirək. Yeni peşələr yaranır və gələcəkdə yaranacaq peşə perspektivlərinə hədəflənmək lazımdır. Orta məktəblərdən başlayaraq maarifləndirmə işlərini aparmalıyıq. Hətta ailələr də maarifləndirmə işlərinə cəlb edilməlidir ki, övladlarına peşə seçimi müəyyənləşdirərkən perspektiv və imkanları nəzərə alsınlar. Burada dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin də böyük əhəmiyyəti var", - deyə M.Quliyev bildirib.

Избранный
34
2
azertag.az

3Источники