RU

Orxan Məmmədov: "Sahibkar olmaq istəyənlər mövcud dəstək alətlərindən düzgün istifadə etməlidir"

Azərbaycan regionlarında yaşayan insanların dövlətin təqdim etdiyi xidmətlərdən xəbərsiz olması problemini aradan qaldırmaq məqsədilə geniş maarifləndirmə və dəstək proqramları həyata keçirilir.

"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda deyib.

Onun sözlərinə görə, sahibkar olmaq istəyən şəxslərə KOBİA-nın İnkişaf Mərkəzləri vasitəsilə pulsuz treninqlər, master-klasslar və məsləhət xidmətləri təqdim olunur: "Bu proqramlar çərçivəsində gənclərin bilik və bacarıqları artırılır, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə zəruri istiqamətlər göstərilir:

Sahibkar olmaq istəyən şəxslər risklərdən çəkinməməli və mövcud dəstək alətlərindən düzgün istifadə etməlidirlər. Biz regionlarda "KOB Dostları" şəbəkələrimiz vasitəsilə sahibkarlıq fəaliyyəti ilə maraqlanan şəxsləri maarifləndiririk və onlara bütün xidmətlərdən səmərəli istifadə etməyi öyrədirik”, - O. Məmmədov bildirib.

KOBİA-nın sədri qeyd edib ki, qadın sahibkarlığının inkişafı və əlilliyi olan şəxslərin biznes fəaliyyətinə qoşulması da Agentliyin prioritetləri sırasındadır: "Bu sahədə müxtəlif dövlət qurumları ilə birgə layihələr həyata keçirilir, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə məsləhət, təlim və praktiki dəstək göstərilir".

O. Məmmədov vurğulayıb ki, sahibkar düşüncəsini formalaşdırmaq üçün düzgün istiqamət vermək və təqdim olunan xidmətlərdən səmərəli istifadəni təmin etmək prioritetlərdən biridir. “Bizim əsas məqsədimiz odur ki, gənclər sahibkarlıq fəaliyyətinə inamla başlasınlar və dövlətin təqdim etdiyi imkanlardan tam istifadə edə bilsinlər”.

Избранный
27
2
far.az

3Источники