RU

Tofiq Həsənov: "Gender komissiyalarında daimi əsasla işləyən xanımlara ehtiyac var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Gender komissiyalarında daimi əsasla işləyən xanımlara ehtiyac var".
Oxu.Az xəbər verir ki, bu sözləri "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin icraçı direktoru Tofiq Həsənov "Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi" mövzusuna həsr olunmuş konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu komissiyalarda daimi əsasla işləyən xanımların olması həmin komissiyaların məhsuldar nəticə əldə etməsinə səbəb olacaq:
"Genderəsaslı komissiyaların məsul şəxsi bələdiyyədə olarsa, vətəndaş müraciətləri zamanı daha müsbət nəticə əldə etmək olar".
T.Həsənov əlavə edib ki, Azərbaycan bələdiyyələrində qadınların kəmiyyət etibarilə artması gələcəkdə keyfiyyətin artmasına təkan verəcək.
Aygün Mirakif
Избранный
51
50
oxu.az

10Источники