RU

Kərəm Mustafayevin niyə dindirildiyi MƏLUM OLDU - Generallar məhkəməyə çağırıldı

Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı iki general məhkəməyə çağırılır.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunlar müdafiə nazirinin sabiq müavini-Əlahiddə Ümumqoşun ordunun eks-komandanı general-polkovnik Kərəm Mustafayev və onun müavini işləmiş general-mayor Rəhim Cəfərovdur.

 

Generalların Ceyhunun komandiri olmuş polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin işi üzrə ifadə vermələri istənilir. Bu barədə vəsatəti sözügedən şəxslərin vəkilləri qaldırıblar.

 

Fotoda: Rəhim Cəfərov

 

 

Müdafiə tərəfi hesab edir ki, K.Mustafayev və müavini də şahid kimi hakim qarşısına çıxmalıdır. Vəsatətdən məlum olub ki, general-polkovnik Kərəm Mustafayev bu cinayətə görə Respublika Hərbi Prokurorluğunda iki gün dindirilib.

 

Amma K.Mustafayevin nəyə görə prokurorluğa çağırıldığı bilinmirdi. Bu gün onun sözügedən cinayətə görə sorğu-sual edildiyi təsdiqini tapıb.

 

Məhkəmə Kərəm Mustafayevin məhkəməyə çağırılması məsələsini hələ ki, açıq saxlayıb, Rəhim Cəfərovun dindirilməsi ilə bağlı vəsatət isə təmin edilib. General növbəti iclaslarda hakim qarşısında dayanacaq.

 

Qeyd edək ki, Kərəm Mustafayev elə bu hadisədən bir müddət sonra vəzifəsindən azad edilib.

 

Избранный
26
50
sfera.az

10Источники