İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması üçün yeni müqavilə imzalayıb.
Teleqraf.com xəbər verir ki, müqavilə "Körpü-Bina-Tikinti” MMC ilə imzalanıb.
Müqavilənin dəyəri isə 138 milyon 800 min 96 manat təşkil edir.
Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə aparılır.
Müəllif: Teleqraf.com