RU

Kəskin qiymət dəyişmələri ilə bağlı yeni tədbirlərəbaşlanılır

Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları təsdiqlənib.

Teleqraf.com Nazirlər Kabinetinə istinadən məlumat verir ki,strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan - Dövlət Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir.

Monitorinqin məqsədi ölkənin strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının təmin edilməsi üzrə vəziyyətin öyrənilməsi və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsinin zəruriliyinin qiymətləndirilməsidir.

Monitorinq əsasən Dövlət Statistika Komitəsinin, internet resursları və mediadan əldə edilən məlumatlar,
bazar iştirakçılarından əldə edilən statistika əsasında aparılır.

Bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli mallar üzrə monitorinq, həmin mallar üzrə bazar iştirakçıları tərəfindən təmin edilən malların ən azı 90faizini təmin edən bazar iştirakçılarını əhatə edir.

Monitorinq strateji əhəmiyyətli malların siyahısına daxil edilmiş hər bir mal üzrə ayda 1dəfə 5gün müddətində həyata keçirilir. Strateji əhəmiyyətli malların pərakəndə satış qiymətlərində kəskin qiymət dəyişməsi baş verdikdə növbədənkənar monitorinq həyata keçirilir.


Müəllif: Teleqraf.com
Избранный
23
teleqraf.com

1Источники