RU

AP sədri gürcülərə müraciət etdi – “Avropa yolundan dönməyin”

“Biz Avropada öz evini görənlərə söz vermişik ki, onların üzünə qapını bağlamayacağıq. Bu, bu gün hələ də küçələrə Avropa İttifaqı bayraqları ilə çıxan Gürcüstan xalqına da aiddir. Biz onları tək qoymayacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) prezidenti Roberta Metsola deyib.

Onun sözlərinə görə, gürcülərə çağırışı Avropa yolundan dönməməkdir.

“Siz Avropa Parlamentinin sərt mövqeyinə arxalana bilərsiniz. Siz bizim seçkilərlə bağlı qətnaməmizi, nəticələrlə bağlı narahatlığımızı və bu seçkilərin necə keçirildiyini gördünüz. Bizim gürcülərə müraciətimiz bundan ibarətdir ki, onlar Avropa yolundan imtina etməsinlər”, - R.Metsola söyləyib.


Müəllif: Cəmilə Babayeva
Избранный
10
teleqraf.com

1Источники