RU

Zədəsini sağaldan Qırtımov məşqlərə başladı

Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü, “Kəpəz”in mərkəz müdafiəçisi İlkin Qırtımov zədəsini sağaldıb.

Arena.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli futbolçu artıq məşqlərə başlayıb.

Bərpaedici xarakter daşıyan çalışmalar həkimlərin tövsiyələri əsasında məşqçilərin nəzarəti altında aparılır. 34 yaşlı müdafiəçi zal şəraitində yüngül hərəkətlərlə fitnes məşqləri keçir, meydanda müxtəlif məsafələrə qaçışla fiziki hazırlığını artırır.

Xatırladaq ki, İlkin Qırtımov noyabr ayının ikinci yarısında əməliyyat olunmuşdu.

İlkin Qırtımov bu ilin yayından “Kəpəz”də çıxış edir. 34 yaşlı müdafiəçi Gəncə klubunun heyətində 10 oyuna çıxıb. Təcrübəli futbolçu daha öncə “Keşlə”, “Simurq”, “Qəbələ”, “Zirə” və “Neftçi”də də forma geyinib.

Избранный
55
7
arena.az

10Источники