RU

Rusiya iqtisadiyyatı uçuruma yuvarlanır: oliqarxlar isə görün kimi günahlandırır

İki ildən artıqdır ki, Rusiyanın müharibə iqtisadiyyatı istehlak xərclərini və korporativ gəlirləri artırıb. Son zamanlar müharibə inflyasiyanın və faiz dərəcələrinin artmasına da səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”-da dərc edilən məqalədə bildirilib.

Qeyd edilib ki, Rusiyanın biznes elitası buna görə düşmən biznes mühitini günahlandırmaqdansa, Rusiya Mərkəzi Bankının rəhbərini hədəf alıblar.

“Elvira Nabiullina (Rusiya Mərkəzi Bankının sədri – red.) inflyasiyanı cilovlamağa cəhd edərək əsas faiz dərəcəsini rekord səviyyəyə qaldırdı və bu, borc vəsaitlərinin dəyərinin kəskin artmasına səbəb oldu”, - nəşr yazıb.

Rusiya Mərkəzi Bankının keçmiş rəsmisi Aleksandra Prokopenko deyir: “Elita yaşamaq üçün mübarizə aparır və onlar Putinə sadiq qalsalar da, narazılıq artır”.

Rusiyanın etalon faiz dərəcəsi 21% olaraq müəyyən edilib və mərkəzi bankın dekabrın 20-də onu yenidən artıracağı gözlənilir, lakin inflyasiya 9% civarında yüksək olaraq qalır. Hətta kərə yağının kəskin bahalaşması supermarketlərdə məhsulun oğurlanmasına səbəb olub. Arağın qiyməti də qalxıb.

Faiz dərəcələri və inflyasiyanın eyni vaxtda yüksəldiyi Rusiya şirkətlərinin iclas salonlarında xərclər artdıqca marjalar daralır. Rusiyanın ən böyük mobil operatoru olan MTS bu yaxınlarda üçüncü rübdə xalis mənfəətinin təxminən 90%-ə yaxın azalmasını faiz ödənişlərinə xidmətlə bağlı xərclərin artması ilə əlaqələndirib. Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” ötən ay yüksək faiz dərəcələrini əsas gətirərək neft emalı zavodlarının modernləşdirilməsini təxirə salmaq məcburiyyətində qalacağını bildirmişdi.

Избранный
14
publika.az

1Источники