RU

Türkiyə kapitallı şirkətə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib

Türkiyə kapitallı “Eurotec Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 42-yə çatıb.

Yeni rezident tərəfindən Sənaye Parkının 2 hektar ərazisində ildə 200 min ədəd metal çəllək istehsal etmək gücündə olan zavodun qurulması nəzərdə tutulur. İnvestisiya həcmi 9 milyon manat olan müəssisədə 120 nəfərlik daimi iş yeri yaradılacaq.

Belçikanın qabaqcıl texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

Избранный
23
8
vergiler.az

10Источники