RU

AccessBank və AYİB Azərbaycanda özəl sektoru dəstəkləmək məqsədilə birləşdilər

 AccessBank və AZZA arasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Risklərin Bölgüsü Proqramı (Risk Sharing Facility) çərçivəsində ilk uzunmüddətli kredit sazişi imzalanıb. Bu mexanizm AccessBank və AYİB-ə Azərbaycanda kiçik və orta müəssisələri bərabər şəkildə (50/50) maliyyələşdirməyə imkan verir. Birgə əməkdaşlıq biznesin inkişafı üçün yeni imkanların yaradılmasına, investisiya proseslərinin stimullaşdırılmasına və sahibkarlar üçün əlverişli şəraitin formalaşdırılmasına dəstək olacaq.

Müqavilə çərçivəsində AccessBank AZZA şirkətinə yeni müasir istehsal müəssisəsinin tikintisinin başa çatdırılması üçün 14 milyon manat məbləğində kredit və “yaşıl iqtisadiyyatın” inkişafı məqsədilə qrant təqdim edəcək. Bu əməkdaşlıq ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqini sürətləndirməyə və müasir şəraitdə biznesin davamlılığının artırılmasını dəstəkləyəcək.

“AZZA komandasına göstərdiyi sadiqlik və iştirak üçün təşəkkür edirəm. Ümid edirəm ki, gələn il istifadəyə verilməsi nəzərdə tutulan yeni istehsal sahəsi bizim gözləntilərimizi doğruldacaq. AYİB ilə Azərbaycanda özəl sektoru dəstəkləmək məqsədilə bağlanılan razılaşma bizim üçün qürurvericidir. Burada əsas diqqət innovasiyaların tətbiqi, maliyyə resurslarının əlçatanlığı və davamlı inkişaf üçün münbit şəraitin yaradılmasına yönəldilir. Əməkdaşlığımızın mühüm hissələrindən biri də qlobal tendensiyaların bir hissəsinə çevrilən “yaşıl iqtisadiyyat” sahəsində təşəbbüslərin dəstəklənməsidir”, - deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib.

AccessBank, AZZA və AYİB arasında əməkdaşlıq Azərbaycanın özəl sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkədə davamlı iqtisadi artımın dəstəklənməsinə mühüm təsir göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
20
8
banco.az

9Источники