RU

Azərbaycan D-8 üzv olub

Azərbaycan İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti gedişində təşkilatın üzvü seçilib. Bu barədə Azərbaycan XİN məlumat verib. 

Dekabrın 19-da Qahirədə keçirilən sammitdə Azərbaycanı Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı  Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda yaradılıb. Türkiyədən başqa  Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistan təşkilatın üzləridir.  Təşkilatın Katibliyi İstanbul yerləşir. "İslam səkkizliyinə" daxil olan ölkələrdə dünya müsəlmanlarının 60% yaşayır. 
 
N.Təbrizli

www.anews.az
Избранный
17
anews.az

1Источники