RU

Tanınmış iş adamı üzr istədi - VİDEO

"AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi üzr istəyib.

Ucnoqta.az APA TV-yə istinadən xəbər verir ki, iş adamı bu addımı ağacları kəsərək təbiətə vurduqları külli miqdarda ziyana görə atıb.

"Yaranmış diqqətsizliyi işçilərimizin qeyri-peşəkar və məsuliyyətsiz davranmağı ilə əlaqələndiririk. Bununla bağlı olaraq mən ölkə ictimaiyyətindən üzr istəyirəm. Və söz verirəm ki, bu torpaqlarda meşə ağacları əkiləcək və meşə örtüyü tam şəkildə bərpa ediləcək. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu işə artıq başlamışıq. Görülən tədbirlər, aparılan işlər barədə ölkə ictimaiyyətini mütəmadi olaraq xəbərdar edəcəyik”, - A.Dəmirçi bildirib.

Qeyd edək ki, Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, onun rəhbərlik etdiyi "Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib.

Xatırladaq ki, "AQA Şirkətlər Qrupu”na çoxsaylı plazalar - "Demirchi Tower”, "AGA İş Mərkəzi”, "Ariana Business Park”, "Caspian Business Center”, "Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və başqaları daxildir. Bundan əlavə, şirkətdə "AGA Group” maliyyə ("Ferrum Kapital” və "Caspian Audit”), kənd təsərrüfatı ("AGA Agro”, "Monte Ferro”), İnformasiya Texnologiyaları ("Bravo Online Systems”), turizm və hotelçilik ("Da Vinci” və "Caspian Palace” hotelləri) da fəaliyyət göstərir.

Избранный
30
10
ucnoqta.az

10Источники