RU

Çin Rusiyadan daha təhlükəlidir - Kendall

ABŞ Kosmik Qüvvələri və Hərbi Hava Qüvvələri gələcəkdə diqqətlərini ilk növbədə Çinə, sonra isə Rusiyaya yönəltmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall deyib.

O qeyd edib ki, 2021-ci ildə hazırkı vəzifəsində işə başlayanda əvvəlcə rəhbərlikdən HHQ və KQ-nin hansı potensial hərbi münaqişələrə diqqət yetirməli olduğunu soruşub.

“Cavab belə oldu: Çin təcavüzü, görünür, onun ardınca Rusiya təcavüzü... Biz birincidən daha çox narahatıq, nəinki ikincidən... Ukrayna baxış bucağımızı dəyişdi”, - deyə Kendall bildirib.

Избранный
10
axar.az

1Источники