RU

Əhməd Qurbanov həbs edildi (VİDEO)

Moskvanın Basmannı məhkəməsi Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının rəisi İqor Kirillovu qətlə yetirməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Əhməd Qurbanovu həbs edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, məhkəmə istintaqın vəsatətinin təmin edilməsi və Qurbanov barəsində 2025-ci il fevralın 17-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

İstintaqın məlumatına görə, dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində yaşayış binasının girişinin yanında dayanan skuterə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində Kirillov və onun adyutantı həlak olub. Rusiya Federasiyasının İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105, 205 və 222-ci maddələrində nəzərdə tutulmuş cinayətlər (qətl, terror aktı, silah və sursatların qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi açıb.

Özbəkistan vətəndaşı Qurbanova qətli törətməsi müqabilində 100 min ABŞ dolları mükafat və Avropa Birliyi ölkələrindən birində yaşamaq üçün səyahət vəd edilib.

Избранный
43
2
unikal.az

10Источники