Nigeriyada məktəb yarmarkasında baş verən izdihamda 35 uşaq həlak olub.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 19-da yerli “Punch” nəşri məlumat yayıb.
İştirakçılar tədbirə əsas qapıdan daxil olmağa tələsərkən izdiham İbadandakı məktəbdə baş verib. Yarmarka 5 min uşaq üçün nəzərdə tutulmuşdu, lakin 7 mindən çox uşaq gəlmişdi.
Oyo ştatının polisi hadisə ilə bağlı araşdırmalara başlayıb və tədbirin əsas təşkilatçılarını həbs edib. Nigeriya prezidenti Bola Tinubu həlak olanların ailələrinə başsağlığı verib və əyalət hökumətini ictimai tədbirlərdə təhlükəsizlik tədbirlərini nəzərdən keçirməyə və gücləndirməyə çağırıb.
QAZİLER.AZ