ABŞ Gürcüstan Daxili İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib.Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.
"ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi 2024-cü il ərzində nümayişləri media mənsublarına, müxalifətçilərə və etirazçılara qarşı zor tətbiq etməklə yatırdan Gürcüstan Daxili İşlər Nazirliyinin iki məmuruna qarşı sanksiyalar tətbiq edib”, - məlumatda deyilir.
www.anews.az