RU

Fransa səfirinin uğursuz tvitləri

Qərbi Azərbaycan İcmasının Fransanın Azərbaycandakı səfirinin son açıqlamaları ilə bağlı bəyanatında deyilir ki, bəzi Qərb ölkələrinin daim əllərində bayraq etdikləri “söz azadlığı”, “fikir müxtəlifliyi”nə nə qədər dözülməz münasibət bəsləmələrinin bir daha şahidi oluruq.

QAİ bildirir ki, Fransanın ölkəmizdəki səfiri tez-tez Azərbaycana qarşı “dahiyanə” tvitlər yazan Ermənistandakı həmkarından geri qalmamaq niyyətinə düşmüş, lakin onun da tviti çox uğursuz alınmışdır: “Üstəlik, səfirin açıqlaması ksenofob mahiyyət daşıyır və bu mənada, Cozef Borelin “Avropa bağdır, qalan dünya isə cəngəllik” məzmunlu irqçi tezisinin davamıdır. Bütün bunlar Fransa diplomatiyasının iflasının, düşdüyü acınacaqlı vəziyyətin daha bir bariz nümunəsidir”.

XQ

Избранный
26
13
xalqqazeti.az

10Источники