RU

Fransada milli matəm elan edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hind okeanında Fransanın ərazisi olan Mayotta adasında qasırğa nəticəsində insan tələfatı ilə əlaqədar dekabrın 23-də ölkədə milli matəm günü elan edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq qərarı Fransa Prezidenti Emmanuel Makron adaya gəldikdən sonra bildirib.
Mayottada qasırğa dekabrın 14-də başlayıb, küləyin sürəti 55 m/s-dən çox olub. İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində 30-dan çox insan həlak olub, 1400 nəfər yaralanıb.
Eyni zamanda, səlahiyyətlilər, fırtınanın adanın 310 min sakininin təxminən 70%-nə ciddi təsir göstərdiyini qeyd edərək, itkilərin və ölənlərin faktiki sayının əhəmiyyətli dərəcədə arta biləcəyi barədə xəbərdarlıq edib.
Избранный
8
3
oxu.az

10Источники