RU

“Neftçi”dən gedən baş məşqçi bu ölkədə yeni iş yeri tapdı

“Neftçi”dən ayrılan Roman Qriqorçukun yeni iş yeri rəsmən açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsindəLNZ-u çalışdıracaq.

Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. O, Çerkassi klubunda işə 2025-ci ilin yanvarında başlayacaq.

Qriqorçuk bu vəzifədə ispaniyalı Andres Karraskonu əvəzləyib.

LNZ Ukrayna çempionatında 17 turdan sonra 19 xalla 16 komanda arasında 10-cu sıradadır.

59 yaşlı ukraynalı mütəxəssisin son iş yeri bu ilin iyununda baş məşqçi təyin edildiyi "Neftçi" olub. Onun klubda fəaliyyəti cəmi 9 oyun çəkib.

"Neftçi" bu oyunların heç birində qələbə qazana bilməyib. Qriqorçuk uğursuz nəticələrdən sonra istefaya göndərilib.

Qriqorçuk 2015-18-ci illərdə Azərbaycanda “Qəbələ”nin də baş məşqçisi olub.

Избранный
61
sportinfo.az

1Источники