Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Sitat.info xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü İsmayılova Günel Firuz qızı piyada keçidindən keçərkən onu minik avtomobili vurub.
Xəsarət alan İsmayılova xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta ağır olaraq qiymətləndirir.
Sürücü məsuliyyətə cəlb edilib.