RU

Mənzildə partlayışa görə ev sahibi günahlandırıldı, icraata xitam verildi

Abşeron Rayon Məhkəməsində ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmada və əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmədə təqsirləndirilən Samir Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 131.2 və 187.2-ci maddələri ilə təqsirli bilinib, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilib. 

 

İttihama görə, 03 avqust 2022-ci il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzillərin birində qeydə alınıb.

 

Belə ki, Samir Quliyev tanışı, zərərçəkmiş Vasif Məmmədovla (şərti) birlikdə təmirdən sonrakı vəziyyətdə evində təmizlik işləri aparıb. O, mənzilin yataq otağında istirahət edərkən əlində tutduğu alışqandan istifadə etməklə siqaretini yandırmaq istəyib. Bu zaman otaqda qaz-hava qarışığının əmələ gəlməsi təsirindən alışıb partlayış baş verib. Nəticədə ehtiyatsızlıqdan Vasif Məmmədovun bədən səthinin 60%-i yanıb. 

 

Bundan başqa, binanın çox sayda mənzilləri dağıntının təsirinə məruz qalıb, eləcə də hadisə baş verən vaxt binanın ətrafında olan avtomaşınlar zədələnib. 

 

İstintaq materiallarında qeyd edilib ki, ümumilikdə 88 524 manat məbləğində külli miqdarda zərərçəkmiş şəxslərin əmlakı ehtiyatsızlıqdan məhv edilib və zədələnib.

 

Kamal Məmmədov

Tarix: 20 Dekabr 2024, 08:48   
Избранный
28
pravda.az

1Источники