RU

ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın dəstəklədiyi müvəqqəti büdcə qanun layihəsini rədd edib

ABŞ Konqresinin Nümayəndələr Palatası yeni seçilmiş prezident Donald Trampın da dəstəklədiyi müvəqqəti büdcə layihəsini rədd edib.

"Operativ Media" xəbər verir ki, müvəqqəti büdcə layihəsi axşam saatlarında ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən rədd edilib. Üzvlərdən 235-i "yox", 174-ü isə "hə" səsini verib.

Seçilmiş prezident Trampın dəstəklədiyi və hökumətin mart ayına qədər maliyyə təminatını nəzərdə tutan və borc tavanını 2 il müddətinə dayandıran qanun layihəsi bəzi respublikaçılarla yanaşı, demokratlar tərəfindən də qəbul edilməyib.

Səsvermədə 78 Respublika şurası üzvü Demokartlarla birlikdə sözügedən qanun layihəsinə “yox” deyib.

Nümayəndələr Palatasının spikeri Respublikaçı Mayk Conson cümə günü gecə yarısına qədər müvəqqəti büdcə qanun layihəsini həll etmək üçün bir yol tapa biləcəklərinə inandıqlarını bildirib.

 

Избранный
28
4
operativmedia.az

5Источники