RU

Türkiyə İHA bazarında dünya lideridir -- Bayraktar

Bakı, TurkicWorld

“Dünya İHA bazarının 65 faizi Türkiyəyə məxsusdur”

TurkicWorld xəbər verir ki, ​Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar Süleyman Dəmirəl Universitetində keçirilən “Milli Texnologiya Hərəkatı” mövzusunda çıxış edərək, Baykar-ın inkişaf yolundan danışıb.

Bayraktar Türkiyənin pilotsuz uçuş aparatları (İHA) sahəsində dünya lideri olduğunu vurğulayıb.

O qeyd edib ki, Bayraktar TB2 hazırda 35 ölkəyə ixrac edilir və dünyanın ən çox ixrac edilən İHA-sıdır. TB2-nin silahlanmış versiyası 2015-ci ildən istifadə olunur.

Bayraktar AKINCI-nın 10-dan çox ölkəyə ixrac edildiyini və Kızılelma döyüş təyyarəsinin 2023-cü ildə ilk uçuşunu etdiyini bildirib. “Kızılelma aviasiya döyüşlərində yeni bir dövr açdı və gələcəyin texnologiyalarını bu gündən hazırlayırıq”, - deyə o əlavə edib.

Baykar gəlirlərinin 90 faizindən çoxunu ixracatdan əldə edir və dünyanın ən böyük İHA istehsalçısıdır. Bayraktar həmçinin bildirib ki, müdafiə sənayesində lokallaşma ihanisbəti 80 faizi keçib.

Şirkət “Fərqani” adlı kosmos təşəbbüsü çərçivəsində ilk peykini gələn ay kosmosa buraxacaq. Bundan əlavə, Baykar müstəqil kosmos gəmiləri və raketlər üzərində işləyir.

Bayraktar, T3 AI layihəsi çərçivəsində türk dilində danışa bilən və milli dəyərləri əsas alan böyük bir dil modeli üzərində işlədiklərini qeyd edib.

TEKNOFEST-in uğurlarına toxunan Bayraktar, bu texnologiya festivalının milyonlarla insanı bir araya gətirdiyini və gələcək nəsilləri yüksək texnologiya sahəsinə təşviq etdiyini vurğulayıb. Sonuncu festivalda 1 milyon 650 min tələbə iştirak üçün müraciət edib.

Çıxışının sonunda Səlcuq Bayraktar Süleyman Dəmirəl Universiteti tərəfindən fəxri doktor adına layiq görülüb.

Избранный
15
turkic.world

1Источники