RU

Kojic: Silahlı münaqişələrdə humanitar hüquq üzləşdiyi çağırışlara baxmayaraq əməkdaşlıqla gücləndirilə bilər

Bakı, 20 dekabr, AZƏRTAC

Silahlı münaqişələrdə beynəlxalq humanitar hüququn üzləşdiyi problemlərin həll edilməsi və onunla humanitar hüququn implementasiyası ilə bağlı məlumatlılığın artırılması vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Beynəlxalq humanitar hüququn tətbiqi üzrə fəaliyyətlər: müsbət təcrübələr və problemlər” mövzusunda keçirilən seminarda BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Dragana Kojic söyləyib.

O bildirib ki, silahlı münaqişələrdə humanitar hüququn üzləşdiyi çağırışlar getdikcə artır. Dövlətlərin də bu işdə ciddi səy göstərməsi üçün siyasi iradə tələb olunur.

Dragana Kojic deyib: “Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatı çərçivəsində Ombudsman təsisatı ilə əməkdaşlıq əlaqələri mövcuddur. Ümid edirəm ki, beynəlxalq hüququn implementasiyası sahəsində əməkdaşlıq davam etdiriləcək”.

Избранный
19
1
azertag.az

2Источники