RU

Bayden prezident kimi son səfərini bu ölkəyə edəcək

Co Bayden ABŞ prezidenti kimi son səfərini  yanvar ayında İtaliyaya edəcək və burada Papa Fransisk, baş nazir Giorgia Meloni və prezident Sercio Mattarella ilə görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir ki , Bayden yanvarın 9-dan 12-dək Romaya səfər edəcək. 

"O, həmçinin ABŞ-İtaliya münasibətlərinin möhkəmliyini vurğulamaq üçün İtaliya liderləri ilə görüşəcək, son bir ildə G7-yə güclü rəhbərliyinə görə baş nazir Meloniyə təşəkkür edəcək və dünyanın üzləşdiyi mühüm problemləri müzakirə edəcək", - deyə mətbuat xidməti bildirib.

Gülayə Mecid 

Избранный
30
50
unikal.az

10Источники