Bakı. Trend
Təhsil Tələbə Krediti Fondunun elektron portalına bu günə kimi58 mindən çox müraciət daxil olmuş, 46 minə yaxın TTK müqaviləsirəsmiləşmişdir.
Trend xəbər verir ki, bunuTəhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri vəzifəsinimüvəqqəti icra edən Bəhruz Əzimov media brifinqində deyib.
O bildirib ki, bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsilmüəssisələrinin hesablarına köçürülüb.
Fond tərəfindən davamlı şəkildə təbliğat, təşviqat vəmaarifləndirmə işlərinin aparıldığını qeyd edən B.Əzimov, hesabatdövrü ərzində respublika ərazisində yerləşən ali, orta ixtisas,peşə təhsili və ümumtəhsil müəssisələrində görüşlərin keçirildiyinivə bu günə kimi bu görüşlərdə 55 minə yaxın şəxsin iştirak etdiyinidiqqətə çatdırıb.
Həmçinin, Fondun qaynar xətti və sosial media hesablarına daxilolmuş müvafiq olaraq 45 və 90 mindən çox müraciətin operativqaydada cavablandırıldığını, vətəndaş qəbuluna yazılmış 1000 nəfərəyaxın şəxsin müraciətlərinin araşdırılaraq müvafiq dəstəkgöstərildiyi qeyd olunub.