RU

General-leytenant təqaüdə göndərildi

Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini - Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib.

 "Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

General-leytenantın yerinə hələ ki təyinat yoxdur.

Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.

Избранный
29
49
operativmm.az

10Источники