Bakı, TurkicWorld
Bəşər Əsəd rejiminin süqutundan əvvəl Suriyaya göndərilən ABŞ qüvvələrinin sayın iki dəfədən çox artıb.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlama verib.
Əvvəlcə Suriyada 900 ABŞ əsgəri var idisə, bu rəqəm artıq 2 minə çatıb. Bu əlavə qüvvələr, əsasən İŞİD-lə mübarizə missiyasını dəstəkləmək məqsədilə göndərilib və müvəqqəti qüvvələr kimi yerləşdirilib.
Pentaqonun sözçüsü general Pat Ryder, bu artımın nə vaxt baş verdiyini dəqiq bilmədiyini qeyd edib, lakin bu artımın Bəşər Əsədin devrilməsindən əvvəl baş verdiyini bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), bir neçə gün əvvəl Suriyada İŞİD-in liderlərinə və düşərgələrinə reydlər həyata keçirib və 12 silahlını məhv etdiyini açıqlayıb.
ABŞ administrasiyası, Suriyada İŞİD-in məğlub edilməsi məqsədilə qüvvələrinin qalacağını bildirib, lakin Donald Trampın yeni prezident olaraq vəzifəyə başlamasından sonra bu qüvvələrin geri çəkilməsi ehtimalı mümkündür.