RU

Avropa Parlamentinin ölkəmizin daxili işlərinə müdaxilə edən bu sənədi başqa məqsədləri ön plana çıxarır-ŞƏRH

“Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli plenar iclası ölkəmizə qarşı növbəti qətnamə qəbul edildi. Adəti üzrə qətnamədə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinə siyasi don geyindirilməyə cəhd göstərilir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin ölkəmizin daxili işlərinə müdaxilə edən bu sənədi başqa məqsədləri ön plana çıxarır:

“Bu qətnamə Azərbaycana qarşı uzun illərdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya hər zaman öz “töhfəsini” verir. Qəbul edilmiş qətnamənin qərəzli olduğu elə, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunmasından bəllidir.

Azərbaycan Respublikası Avropa Parlamentinin qeyri-obyektiv və qərəzli qətnaməsini qəti şəkildə rədd edir. Hazırda Avropa Parlamenti böyük problemlərlə üzləşdiyi bir zamanda bu qurum ancaq Azərbaycan və digər türk dövlətlərinin daxili işlərinə qarışmaqla məşğuldur. Bu gün Avropada müharibə cinayətləri törədilir,insanlar doğma vətənlərindən didərgin düşüb. Amma Avropanın parlamenti bunları göz ardı edərək dövlətimizin daxili işlərinə qarışmağa cəhd edir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
20
editor.az

1Источники