Gürcüstan hökuməti "Xarici təsirin şəffaflığı" haqqında qanununun məzmununu dəyişdirəcəyini vəd edib.
Leqal.info xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Alen Berse Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə əsasən, qanuna dəyişikliyin edilməsi ilə bağlı işçi qrup yaradılacaq.
“Hökumət “Xarici təsirin şəffaflığı” haqqında qanunun məzmununu dəyişdirəcəyini vəd edib. Gürcüstan və Avropa Şurasının nümayəndələrindən, eləcə də Venesiya Komissiyasından işçi qrup yaradılacaq və qanunvericilikdə hansı dəyişikliklər edilməli olduğu müəyyən ediləcək”, - Alen Berse bildirib.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта