RU

Suriyalı şahid kütləvi qəbiristanlıqla bağlı gördüyü DƏHŞƏTLƏRİ danışıb

Suriyanın paytaxtı Dəməşqin Hüseyniyyə rayonunda qəbiristanlığın yanındakı evdə yaşayan suriyalı Ahmet Accan Türkiyənin Anadolu Agentliyinin müxbirlərinə kütləvi qəbiristanlıqla bağlı şahidi olduğu hadisələri danışıb.

Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkə daxilində davam edən axtarış işləri çərçivəsində dekabrın 15-də paytaxtın cənub-şərqində, Dəməşq hava limanı yaxınlığında, Hüseyniyyə bölgəsində kütləvi qəbiristanlıq aşkar edilib və qəbiristanlığa baxış keçirilib. Axtarış əməliyyatı Anadolu Agentliyinin müxbirləri tərəfindən lentə alınıb. 

Qəbiristanlığın qarşısındakı evdə yaşayan 26 yaşlı suriyalı Ahmet Accan agentliyin komandasına devrilmiş rejim qüvvələrinin çoxlu sayda cəsədi bura gətirərək kütləvi şəkildə basdırdığının şahidi olduğunu söylədi.

Accan bildirib ki, 2011-ci ildə Suriyada dinc nümayişlər başlayanda hər gün soyuducu tankı olan maşınlarla cəsəd gətirərək bir-birinin üstünə yığırmışlar. Daha sonra qazıcı texnika əraziyə gətirilərək cəsədləri indikindən qat-qat böyük çuxurlarda basdırıblar.

Devrilmiş rejimin vətəndaş müharibəsi zamanı ailəsini çətinliklərlə bu bölgədən çıxardığını və 3 il kəndlərinə dönə bilmədiklərini bildirən Accan əlavə edib ki, “Geri dönəndə gördük ki, gündə bir maşın əvəzinə 4-5 maşın gəlir. Gecə vaxtı cəsədlər maşınlarla gətirilir ardınca isə məzarlar qazırlırdı”.

Accan 2016-cı ildə Şamda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən və 2017-ci ildə Sednaya həbsxanasında olduğu məlum olan qardaşının da burada basdırıldığını düşünür: “Hər gün Fatihə oxuyur, onun ruhunun burada olduğunu hiss edirəm." 

visiontv.az



Избранный
11
visiontv.az

1Источники