Ukrayna millisinin və "Bornmut"un mərkəz müdafiəçisi İlya Zabarnı karyerasını Avropa nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "L`Equipe" yayıb.
Xəbərə görə, onun xidmətində PSJ maraqlıdır. Mənbə Zabarnının Paris klubunda oynamaq variantına isti yanaşdığını, lakin rus qapıçı Matvey Safonovun bu komandada çıxış etməsinin ukraynalının transferinə mane ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, 22 yaşlı Zabarnı ötən ilin əvvəlindən "Bornmut"un uğurları üçün çalışır. Cari mövsüm İngiltərə təmsilçisinin forması ilə bütün turnirlərdə 16 matça çıxan arxa xətt oyunçusu məhsuldar göstəricilərlə yadda qalmayıb. İlyanın "Bornmut"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 38 milyon avro ilə dəyərləndirir.
Nihat