RU

Azərbaycan Türkiyənin strategiyasının vacib fiqurudur

Türkiyə İslam şüarı ilə böyük bir türk bölgəsi yaratmağa can atır. Azərbaycan Türkiyənin strategiyasının vacib fiqurudur. “Türküstanın səsinin” İranda nümayəndələri var”.

“Khabar Online” portalı xəbər verir ki, iranlı filosof və siyasətçi, paniranist məfkürənin öncüllərindən olan Seyid Cavad Təbatəbai “Fərixteqan” jurnalında dərc olunan məqaləsində qərzəli şəkildə yazıb ki, “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir ərazidə ortaq bazar, standart dil və eyni mədəniyyət yaratmağa və bu yolla yavaş-yavaş böyük Türk imperiyası formalaşdırmağa çalışır”.

"Mən hər zaman iki ölkə - Azərbaycan və Türkiyənin mediasını izləyirəm. Bu medianın ümumi tragediyasını anladığıma görə, onlar İranın şimal sərhədlərində İslam Respublikasına zərər vurmaq məqsədi ilə qala tikərək böyük bir Türk imperiyası yaratmaq istəyirlər.

Belə bir fikir var, ancaq İrana zərbə vurmaq üçün onu reallaşdırmaq çətindir. Bəzilərinin dediklərinə baxmayaraq, dilə əsaslanaraq belə bir imkan yoxdur. Çünki bizim yaşadığımız bölgədə “mədəni dillərin sayı azdır”.Fars dili onlardan biri və ən sabitidir... Türk dilinin isə standart ləhcəsi yoxdur və ola bilməz”, - deyə, qatı paniranist ideoloq iddia edib.

Tez-tez qərəzli şəkildə “pantürklər” ifadəsini işlədən müəllif deyib ki, “İran onlara əhəmiyyət verməyib, ancaq bunlar ölkə daxilində təhlükə saçırlar”.

visiontv.az



Избранный
23
visiontv.az

1Источники