RU

“Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Elm haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1366 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.0.15-ci maddədə “sərmayəçilərə “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada” sözləri “investorlara “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

2. 39.7-ci maddədə “Xarici investisiyanın qorunması haqqında” sözləri “İnvestisiya fəaliyyəti haqqında” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2024-cü il

Избранный
9
xalqqazeti.az

1Источники