“Şəki” basketbol klubu kapitanı Kris Bartonla yollarını ayırıb.
İdman.biz xəbər verir ki, buna səbəb oyunçunun zədəsinin gec sağalması olub.
Amerikalı dekabrın 1-də IV turun "Gəncə" ilə oyununda sağ ayaq topuğundan zədələnib. O, uzun müddət oynaya bilməyəcəyindən, Bartonla yollar qarşılıqlı razılıq əsasında ayrılıb.
Bundan sonra komandanın yeni kapitanı Aleks Koldvell olacaq.
İdman.biz