RU

Suriyanın yeni lideri ləqəbindən imtina etdi

Suriyada hakimiyyətə gələn qüvvələrin lideri Əhməd əl-Şara ləqəbindən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” yazır.

“Əbu Məhəmməd əl-Colani ləqəbindən imtina edən Əhməd əl-Şara ictiamiyyət qarşısına mülki geyimdə çıxmağa başlayıb”, - alman nəşri bildirir.

Məqalədə qeyd olunur ki, hakimiyyətə gəldikdən sonra əl-Şara Suriyada tolerantlıq və plüralizmi qorumaq öhdəliyini vurğulayır.

Nəşr hesab edir ki, bu dəyişiklik rasional səbəblərlə əlaqəlidir:

“Heyət Təhrir əş-Şam” liderinin Suriyanın bərpası üçün Qərbin dəstəyinə ehtiyacı var. Suriyalı qaçqınların geri qaytarılması və digər əməkdaşlıq üçün Avropa və ABŞ ilə yaxşı əlaqələr qurmaq lazımdır. Bu dəstəyə görə hətta İslamın bəzi normalarından belə imtina etməyə hazırdır, məsələn, qadınlarla rəsmi görüşlərdə hicabsız şəkil çəkdirməyə razıdır. Küçədə isə qadınlar onunla şəkil çəkdirmək üçün hicab taxmalıdırlar”.

Məqalədə qeyd edilir ki, buna baxmayaraq, ABŞ əl-Şaranın rəhbərlik etdiyi hökuməti tanımağa tələsmir. ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Suriya hökumətini yalnız müəyyən şərtlər daxilində tanıya biləcəyini vurğulayıb. Bura azlıqların hüquqlarının tanınması, terrorun yayılmasının qarşısının alınması, qonşu dövlətlərə təhdidlərin olmaması, bütün bioloji və kimyəvi silahların məhv edilməsi və sair daxildir.

Avropa İttifaqı da Əsəd rejiminə dəstək verən bütün Rusiya qoşunlarının Suriyadan çıxarılmasını tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
30
teleqraf.com

1Источники