RU

Qida məhsulları idxalçısı “BakuProd” hakim qarşısında-FOTO

Asiya, Avropa və xüsusilə Yaponiya mətbəxi məhsullarının fərqli çeşidlərini ölkəyə idxal edən “BakuProd” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Hokm.az Tribunainfo.az-a istinadən qida məhsulları idxalçısı İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“BakuProd”MMC ilə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 23 dekabr tarixində hakim Samir Nəsibovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, 2018-ci ildən fəaliyyət göstərən “BakuProd” MMC-nin qanuni təmsilçisi Axundov Fuad Fəxrəddin oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Избранный
5
4
hokm.az

5Источники