Misli Premyer Liqasının 18-ci turunda Tovuzda "Kəpəz" ilə qolsuz bərabərliyə razılaşan "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Oyunun maraqlı və gərgin keçdi. Komandamdan razıyam. İlin son oyununda istəklə mübarizə apardılar. Uşaqlara təşəkkür edirəm. Bu, futboldur. Bəzən qol epizodlarını dəyərləndirmək mümkün olmur. İkinci hissədə daha fəal göründük.
Bəzi futbolçularımızın "Neftçi"yə keçəcəyi deyilir? Mən istəyərəm ki, bütün oyunçularımız qalsın. Amma futbolda belə şeyləri normal qəbul etməliyik. Hər oyunçunun karyerası ilə bağlı planları olur.".
Nihat