RU

"Avropa Parlamentinin bu qətnaməsi yalnız siyasi manipulyasiyadır" - DEPUTAT

"Avropa Parlamentinin bu qətnaməsi yalnız siyasi manipulyasiyadır" - DEPUTAT"Xristian klubu olan Avropa İttifaqının insultlarının zaman-zaman Azərbaycanın üstünə gəlməsi onların bir mərkəzdən idarə olunmalarına bariz nümunədir. Bu, parlament gün keçdikcə özünü yalnız dünyada biabır etməklə məşğuldur. Korrupsiyanın tüğyan etdiyi, özünün rəhbərliyindəki şəxslərin cinayət məsuliyyətinə cəlb olunduğu, dəfələrlə oradakı deputatların korrupsiyaya, rüşvətə bulaşması, bir çox qara qüvvələrin, qurumların, təşkilatların qanundan kənar əməllərinə dəstək olmaları artıq heç kəsə sirr deyil".

Bunu Sonxeber.az-a deputat Vüqar İskəndərov danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya televiziyasına verdiyi müsahibəsi əslinə qalsa, onlara tutarlı cavab idi:

"Avropa Parlamentinin növbəti qərəzli bəyanatı qeyd etdiyimiz kimi, heç kəsə lazım olmayan kağız parçasından başqa bir şey deyil. Əsasəndə ora səs verən deputatların əksəriyyəti dövlətimiz harda yerləşməsindən, Azərbaycanın və Ermənistan arasındakı konfliktin səbəbini və nələrin baş verdiyindən xəbərsizdirlər. "Dirijor çubuğu" ilə hərəkət edənlər öz dayaz düşüncələrində fikirləşirlər ki, belə məsələlərdə Azərbaycana təzyiq edə bilərlər. Azərbaycan prezidentinin zaman-zaman bəyanatları, elə bu günlərdə Rusiya televiziyasına verdiyi müsahibəsi onlara tutarlı cavabdır".

Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyev müsahibədə Avropa Parlamentində təmsil olunan və anti-Azərbaycan mövqeyi sərgiləyən o deputatların öz ölkələrində nələrin baş verdiyini, hansı əməllər törətdiklərini tutarlı faktlarla qeyd etdi:

"Hazırda qlobal siyasətdə hüququn işləmədiyini, bir çox məqamlarda transmilli şirkətlərin, media qurumlarının birləşərək, ölkələrə təzyiq aləti kimi istifadə olunmasını söyləyərək onların iç üzünü açdı. Avropa Parlamentinin bu qətnaməsi yalnız siyasi manipulyasiyadır. Heç bir hüquqi qüvvəsi yoxdur. Bu qətnamə heç bir əndazəyə sığmır, ağa qara deməkdir. Hətta deyərdim ki, onlar özlərini Ermənistan vətəndaşından daha çox özlərini erməni kimi aparırlar. Ermənistan baş naziri bir çox məsələlərə loyal yanaşır. Azərbaycanın qanunla təsdiq edilmiş təklif və tələbələri yerinə yetirməkdən danışır. Avropa Parlamenti kimi anti-Azərbaycan təşkilatlar və ölkələr isə münasibətlərə zərbə vurmağa çalışırlar. Belə qətnamələr Azərbaycanı getdiyi bu uğurlu yoldan çəkindirə bilməz. Belə məsələlər bizi daha güclü edir, cəmiyyəti, xalqı daha çox birləşdirir. Bu cür qanuna zidd əməl törədən deputatlar və digər ölkələrin parlamentləri, yalnız Azərbaycanın uğurlarını kənardan izləməklə içlərindəki kini elə özlərinə saxlayacaqlarına əminik. Bu gün Azərbaycan surətlə öz inkişaf yolundadır. Böyük uğurlar qazanır. Düşünür ki, illər ötdükcə bu uğurların sayı daha da artacaq".

Vüsalə İbrahimli

Избранный
11
sonxeber.az

1Источники