RU

Prezidentin yanaşması proseslərə nizam gətirə biləcək liderin yanaşması idi - ÖZƏL

"Hesab edirəm ki, Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanla, regionla və dünyadakı sülh, təhlükəsizlik məsələləri ilə bağlı çox önəmli məsələlərə toxunuldu və Prezident İlham Əliyev növbəti dəfə geosiyasi, siyasi məsələlərdə çox dəqiq və mükəmməl təhlil etməsi ilə gündəmə gəldi".

Bunu Olaylar.az- a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

"Prezidentin hadisələrə yanaşması bir qlobal ölkədə proseslərə nizam gətirə biləcək bir liderin yanaşması idi və İlham Əliyev çox yüksək şəxsi keyfiyyətləri və güclü siyasətçi potensialına malik olan bir lider kimi problemləri, onların həlli yollarını göstərmiş oldu. Onun Gürcüstan, Ukrayna, Rusiya münasibətləri və digər geosiyasi, regional məsələlər ilə bağlı təhlil və qeydləri bu problemlərə obyektiv və dərindən baxışın göstəricisi idi. 

Hesab edirəm ki, bu istiqamətdə çox belə fikirlər səsləndirənlər var. Amma İlham Əliyevin yanaşması onun həm bu məsələləri bildiyini göstərir, həm də təkcə bilməklə məhdudlaşmayıb, onun  obyektiv həll yolunu bildiyini göstərir.

Dünyada lider problemi var və bu lider probleminin mövcud olduğu bir şəraitdə İlham Əliyevin bu cür yanaşması tam yerinə düşür və problemlərin həlli istiqamətində çox aydın təsəvvürlər yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники